Cümə axşamı populyar “Viber” messencerinin Avropa, Ukrayna və Rusiyanın qərb hissəsi ərazisindəki fəaliyyətində nasazlıqlar müşahidə edilib.
ÇıxışYolu.Com “Downdetector” saytına istinadla xəbər verir ki, problemlər Bakı vaxtı ilə saat 21.00-da meydana gəlib.
İstifadəçilər daha çox rabitənin kəsilməsindən, ismarış göndərməyin mümkünsüzlüyündən və statusun müəyyən edilməməsindən şikayətçidirlər.