Üç ildir ATV ekranlarında yayımlanan “Vicdan haqqı” serialı 97-ci seriyası ilə final edib.
ÇıxışYolu.Com xəbər verir ki, Rövşən İsaxın rejissoru olduğu ekran işi illər ərzində Azərbaycanın ən reytinqli serialı ünvanını qazanıb.
Baş rollarında Murad İsmayıl, Kəmalə Piriyeva, İbrahim Çingiz, Ramiz Novruz, Hicran İsmayılova, İlham Hüseynov kimi aktyorların rol aldığı serialın qala gecəsi isə bir neçə gün öncə Nizami Kino Mərkəzində gerçəkləşib.
Qeyd edək ki, serial həftədə bir dəfə yayımlanırdı.