ÇıxışYolu.Com - Vidadi Zeynalov həbsdən buraxılmayıb

ÇıxışYolu.Com – Vidadi Zeynalov həbsdən buraxılmayıb

Baxış sayı: 2. 423 dəfə baxılıb.

ÇıxışYolu.Com - Vidadi Zeynalov həbsdən buraxılmayıb

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun oğlu atasının şərti zadlığa çıxması ilə bağlı məlumatları təkzib edib.

ÇıxışYolu.Com-a müraciət edən Zeynal Zeynalov bildirib ki, Bizimyol.info saytı tərəfindən yayılan xəbərlər doğru deyil. 

“Saytlarda gedən məlumat tamamilə yanlışdır. Biz məhkəməyə müraciət etməmişik. Atam azadlığa buraxılmayıb”. 

18:01

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb.

ÇıxışYolu.Com-ın Bizimyol.info-ya istinadən verdiyi xəbərə görə, Vidadi Zeynalovun yaxınları bildirib ki, onun cəzaçəkmə müaəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.

www.ÇıxışYolu.Com