Rusiyanın VTB bankının prezidenti Andrey Kostin Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson barədə qeyri-etik ifadələr işlədib.
ÇıxışYolu.Com “Kommersant”a istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı Lavrovun ünvanına söylənilən tərifdən sonra Kostin Consonu “eybəcər” adlandırıb.
Tələbələr Kostinin dediklərini alqışla qarşılayıblar.
Lakin bir müddət sonra VTB prezidenti sözlərinə görə üzrxahlıq etməli olub. Bankın mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Kostinin emosional çıxışı Rusiya-Britaniya münasibətlərindəki böhrandan təəssüf hissi keçirməsi üzündən olub. Bildirilib ki, Kostin dediklərinə görə Consondan üzr istəyir.