Bir müddət öncə xərçəng xəstəliyi səbəbilə əməliyyat olunan tanınmış aparıcı və vəkil Zülfiyyə Bayramova kimyaterapiyalardan sonra saçının töküləcəyini nəzərə alaraq keçəl olmağa qərar verib.
ÇıxışYolu.Com xəbər verir ki, müalicə müddətində isə saçlarını keçəl etdirən Zülfiyyəyə ailəsi dəstək olub.
Belə ki, aparıcının həyat yoldaşı İlqar Mikayıloğlu, qardaşı, oğlu, qardaşı oğlu və bir çox tanışları saçını keçəl kəsdirib.
Həmin görüntüləri lentə alan ailə videonu sosial şəbəkədə paylaşıb. Onlar hər kəsi xərçəng xəstəliyindən əziyyət çəkən tanışlarına və qohumlarına dəstəyə çağırıb.