ÇıxışYolu.Com - Xətaidə ağaclar kəsilir

ÇıxışYolu.Com – Xətaidə ağaclar kəsilir

Baxış sayı: 2. 445 dəfə baxılıb.

Bakı şəhərinin mərkəzində bir neçə ağac kəsilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, Bakı şəhərinin Xətai rayonu, Telnov küçəsində ağaclar məhv edilib.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ÇıxışYolu.Com-a bildirib ki, Xətai rayonunda kəsilən ağaclar insanlar üçün təhlükəli olan qoca qovaq ağaclarıdır:

“Nazirlik tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə həmin ərazidə iki qoca qovaq ağacının kəsilməsi üçün icazə verilib. Həmin ağacların yerinə həmişəyaşıl ağaclar əkiləcək”.

İlhamə Əbülfət 
www.ÇıxışYolu.Com