ÇıxışYolu.Com – “Xəzər Lənkəran”ın borcu var

Baxış sayı: 2. 940 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Xəzər Lənkəran”ın borcu var

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” klubuna məxsus Lənkəran şəhər stadionunun üç qazonu sıradan çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, klub səbəb olaraq Lənkəran da yerləşən yarımstansiyada təmir işləri aparan şirkətin təhlükəsizlik qaydalarına riayət etməməsini göstərir. Belə ki, təmir zamanı “Xəzər Lənkəran” stadionuna gedən özəl xətt zədələnib və üç gün ərzində işıqsız qalan stadionda suvarılma prosesi tamamən dayanıb.

Məsələ ilə bağlı Lənkəran Regional Elektrik İdarəsinin rəisi Əbülfət Paşayevlə əlaqə saxladıq. O bildirdi ki, onlarda günah yoxdur, əksinə onlar kluba yaxşılıq ediblər:

“Bu stadionun işığını heç vaxt kəsməmişik. Baxmayaraq ki, bu stadionun bizə külli miqdarda borcu var. Sadəcə, stadionun qazonuna heyfim gəldiyi üçün işığı kəsməmişəm. O ki qaldı qazonun yanmağına, burda biz günahkar deyilik. Ölkədə sutka ilə, saatlarla enerji olmadı. Üstəlik, stadion, xəstəxana kimi obyektlərin özünün generatoru olmalıdır. İşıq sönə də, ölkədə qəza da ola bilər. Bu üzdən generatorları olmalıdır. Mən təmir işləri aparan tikinti şirkətini də günahsız çıxarmaq istəmirəm. Sadəcə, demək istəyirəm ki, bizdən asılı olmayan səbəblər üzündən elektrik problemi olub və qazon yanıb”.

Əbülfət Paşayev klubun stadiona görə olan elektrik borcunu da açıqladı:

“Stadionun köhnə borcu 2 min manat idi. Yeni borcu isə 1400 manatdır. Ümumilikdə 3400 manat bizim idarəyə borcları var. Məktub yazıb göndərmişdilər ki, iyulun 5-dək ödəyəcəklər, işığımızı kəsməyin. Amma ödəmədilər. Mən də bundan sonra onların işığını kəsərəm, elektriksiz qalarlar. Artıq mənə maraqlı deyil ki, qazon yandı, ya yanmadı. Mən indiyədək onlara güzəşt etmişəm”.

Qeyd edək ki, “Xəzər Lənkəran” stadionu Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali” şirkətinə məxsusdur.

11:16

“Xəzər Lənkəran” klubuna məxsus Lənkəran şəhər stadionunun qazonu sıradan çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, stadionda hər üç qazon bərbad hala düşüb. 

Lənkəranda yerləşən yarımstansiyada təmir işləri aparan şirkətin təhlükəsizlik qaydalarına riayət etməməsi buna səbəb olub.

Təmir zamanı “Xəzər Lənkəran” stadionuna gedən özəl xətt zədələnib və üç gün ərzində işıqsız qalan stadionda suvarılma prosesi tamamən dayanıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com