Xəzər dənizində 3,8 bal gücündə zəlzələ olub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Bakı vaxtı ilə saat 23:05-də qeydə alınan yeraltı təkanların episentri Mahaçqaladan 83 km cənub-şərqdə, ocağı 20 km dərinlikdə yerləşib.