ÇıxışYolu.Com - Xaçmazda qovaq qətliamı

ÇıxışYolu.Com – Xaçmazda qovaq qətliamı

Baxış sayı: 2. 321 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xaçmazda qovaq qətliamı

Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yaş köküstə 20-30 sm diametrliyində 11 ədəd qovaq ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, nazirliyinin 5 saylı Regional İdarəsi tərəfindən aparılan araşdırma zamanı ağacların Xaçmaz rayon sakini Nazim Abasov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və təbiətə 2470 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

www.ÇıxışYolu.Com