Abşeron rayonunun Xırdalan şəhərində baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
ÇıxışYolu.Com-ın məlumatına görə, “Kristal Abşeron” yaşayış kompleksində intihar edən Tural Nağıyev nişanlı olub.
Kompleksin sakinləri bildirib ki, hadisə ötən gün 18:00 radələrində baş verib:
“1992-ci il təvəllüdlü Tural bu binada kirayədə yaşayırdı. Özünü 8-ci mərtəbədən ataraq intihar edib”.
Şahidlər qeyd edib ki, mərhum intihar edən zaman qollarında kəsiklər olub.
Tural Nağıyevin Tovuz rayon sakini olduğu bildirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com