ÇıxışYolu.Com - Xızıda çobanları ildırım vurub

ÇıxışYolu.Com – Xızıda çobanları ildırım vurub

Baxış sayı: 2. 753 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xızıda çobanları ildırım vurub

Xızının Dübrar yaylağında ildırım vuran çobanlardan ikisinin vəziyyəti yaxşıdır.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında Xızı Rayon Mərkəzi Xəstəxanasının baş həkim Behtaş Nəbiyev deyib.

Baş həkim qeyd edib ki, çobanlar hazırda xəstəxanada deyil:

“Təcili yardım hadisə yerinə gedən zaman ildırım vuran çoban keçinmişdi. Digər ikisi sağdır və vəziyyəti normaldır”.

Qeyd edək ki, bu gün Xızının Dübrar yaylağında üç çobanı ildırım vurub. Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com