Xorvatiya – Danimarka oyunundan sonra maraqlı hadisə yaşanıb.
ÇıxışYolu.Com xəbər verir ki, penaltilər seriyasında qalib gələrək 1/4 finala vəsiqə qazanan xorvatlar sevinclərini azarkeşləri ilə bölüşüblər.
Bu zaman Xorvatiya millisinin və “Beşiktaş”ın mərkəz müdafiəçisi Domaqoy Vida penalti vuruşlarında komandaya kömək edən qapıçı Daniyel Subaşiçi boynunda saxlayıb. Lakin o, bunu sonadək edə bilməyib. Belə ki, Subaşiç onun boynundan yerə yıxılıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com