ÇıxışYolu.Com – Yaponiyada istilər rekord vurdu

Baxış sayı: 2. 114 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yaponiyada istilər rekord vurdu

Yaponiyada ən yüksək temperatur qeydə alınıb.

ÇıxışYolu.Com “Kyodo” agentliyinə istinadla xəbər verir ki, tarixdə ilk dəfə olaraq burada havanın temperaturu 41,1 dərəcəyə qalxıb. 

Havanın maksimal temperaturu Tokio yaxınlığındakı Kumaqaya şəhərində qeydə alınıb. Qeyd edilib ki, sonuncu dəfə Simanto şəhərində 2013-cü ildə 41 dərəcə isti qeydə alınmışdı. 

Yaponiyada bir neçə həftədir davam edən isti hava şəraiti nəticəsində 40-dan çox insan ölüb, 10 minlərlə insan xəstəxanalara müraciət edib. Təkcə iyulun 21-də isti hava 13 nəfərin ölümünə səbəb olub. 

Proqnozlara əsasən, isti hava şəraiti iyulun 26-dək davam edəcək. 

www.ÇıxışYolu.Com