ÇıxışYolu.Com – Yaponiyada təbii fəlakət qurbanlarının sayı artır

Baxış sayı: 2. 026 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yaponiyada təbii fəlakət qurbanlarının sayı artır

Yaponiyada leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb, 60 nəfər itkin düşüb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ölənlərin əksəriyyəti Honsyu adasındakı  Xirosima və Sikoku adasındakı Exime əyalətlərinin sakinləridir.

14:14

Yaponiyada leysan yağışlar və onun törətdiyi sürüşmələr nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

ÇıxışYolu.Com-ın “Kiodo” nəşrinə istinadla verdiyi xəbərinə görə, təbii fəlakət zamanı daha 60 nəfər itkin düşmüş hesab edilir.

Vəziyyətlə bağlı baş nazir Sindzo Abe fövqəladə iclas keçirib.

“Hazırda gərgin mübarizə aparırıq. Çoxlu sayda insanın həyatı təhlükədədir. Onların xilası üçün hər kəs səfərbərdir”.

19:54 (7 iyul)

Yaponiyanın Baş Meteoroloji İdarəsi Qifu və Kioto prefekturalarında leysan yağışları ilə əlaqədar olaraq xüsusi rejim elan edib.

ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu cür rejim on ildə bir dəfə keçirilən fövqəladə vəziyyət zamanı tətbiq edilir.

Yaponiyanın cənub-qərbində və mərkəzi rayonlarına yağan leysan yağışlarına görə, 70 aviareys təxirə salınıb. Hökumət 3 milyon sakinin təxliyyə edilməsini tapşırıb.

Cümə günündən yağan güclü yağışlara görə, 47 nəfər həlak olub, 5 nəfər huşsuz vəziyyətdədir. Daha 47 nəfər isə itkin düşüb

www.ÇıxışYolu.Com