Bir müddət əvvəl ölkəyə yeni YPX avtomobillərinin gətirildiyi barədə məlumat vermişdik.
ÇıxışYolu.Com Avtosfer.az-a istinadla xəbər verir ki, həmin “Mercedes-Benz C-klass” avtomobillərinin yeni görüntüləri yayılıb.
Belə ki, artıq maşınların üzərinə sayrışan işıqlar quraşdırılıb.
Qeyd edək ki, oktyabrda istifadəyə verilməsi nəzərdə tutulan həmin avtomobillər Bakı şəhərində fəaliyyət göstərən YPX əməkdaşları üçün nəzərdə tutulur. “BMW” lərin isə regionlara göndəriləcəyi bildirilir.