Azərbaycanda yol polislərinə veriləcək yeni xidməti avtomobillər Bakıya gətirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Mercedes-Benz C-klass” markalı avtomobillər paytaxtda yeraltı qarajlardan birində yerləşdirilib.
Qeyd edək ki, həmin avtomobillər ilk dəfə Bakıya ötən ilin noyabrında gətirilmiş və yol polisi tərəfindən sınaqdan keçirilmişdi.
İndi isə məlum olur ki, sınaqlardan sonra Dövlət Yol Polisi həmin avtomobillərin böyük partiyasını almaq barədə qərar qəbul edib.