Belarusun Qrodno şəhəri yaxınlığında piyada döyüş maşını (“BMP”) içində sürücünün olduğu minik avtomobilini əzib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “AvtoQrodno” məlumat yuyub.
Məlumata görə, hərbi texnikadan ibarət mütəşəkkil dəstə şəhər istiqamətində irəliləyib. Döngədə “BMP”lərdən birinin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb.
Hərbi texnika minik avtomobilinin qismən üzərinə çıxıb və kuzovun deformasiyası nəticəsində sürücü çıxılmaz vəziyyətdə qalıb.
Zərbədən sürücünün oturacağı uzanma vəziyyəti alıb və həmin şəxs yaralanıb. Xəstəxanaya çatdırılan sürücünün xəsarətlərinin həyati təhlükəli olmadığı bildirilir.
Жуть на дороге в Гродно: БМП после эффектного дрифта на повороте раздавила всмятку легковушку. У водителя Volkswagen второй день рождения — ему лишь придавило ноги. pic.twitter.com/NGsQ1aQSrU
— Говорю & Показываю (@MOCKBA999) 22 June 2018