ÇıxışYolu.Com – Zabit Səmədov iki metr boya malik idmançı ilə döyüşəcək

Baxış sayı: 2. 004 dəfə baxılıb.

Azərbaycanlı K-1 döyüşçüsü, Çeçenistanın “Axmat” kikboksinq klubunun üzvü Zabit Səmədov bu ay növbəti döyüşünə çıxacaq.

ÇıxışYolu.Com xəbər verir ki, o, fransız muay tay kikboksçusu, 1.98 metr boya malik Bris Quidonla döyüşəcək.

Qeyd edək ki, döyüş avqustun 16-da Çeçenistanın paytaxtı Qroznıda baş tutacaq. Bu döyüş Çeçenistanın mərhum prezidenti Əhməd-Hacı Qədirovun doğum günü münasibəti ilə keçiriləcək.

Zabit Samedov adlı şəxsin şəkli.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com