Müğənni Zamiq Hüseynov yeni klipinin fotolarını “Instagram” hesabında paylaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Varmı” adlı mahnını ekranlaşdıran sənətçinin tünd göy kostyumda olması və onu müşayiət edən qızların da eyni paltarda olması diqqətdən yayınmayıb.
İzləyicilər isə klip çıxmamış onu plagiat adlandırıblar. Belə ki, ekran işinin dünyaca məşhur ifaçı Dua Lipanın “Idgaf” klipindən oğurlandığı yazılıb.
Sözügedən klipdə Lipanın və onu müşayiət edən qızların tünd göy rəngli klassik geyimə müraciət edib.
Zamiq isə yazılan rəylərə reaksiya verməyib.