Türkiyəli ifaçı Ziynet Sali Murad Arifin “Youtube”da üç milyondan çox baxış sayı yığan “Gedək oppalara” adlı hitini oxuyacaq.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçi bu barədə “Instagram Story”də məlumat verib.
Belə ki, klip çəkilişində olduğunu bildirən müğənni mahnının “Hadi hoppalara” adlandığını qeyd edib.
Mahnının ilk ifaçısı Murad Arif də məsələni təsdiqləyib:
“Bəli. Türkiyə ulduzlarından sevgili Ziynet Sali ilə ikinci işbirliyimizdir. Mahnının nəqarəti bir ərəb cinqlı, keçidlərdə musiqini mən yazmışam. Sözlərini isə Sinan Akçıl və mən”.
Qeyd edək ki, Sali bundan öncə də Murad Arifin “İstanbul” mahnısını ifa etmişdi.