Bu yaxınlarda Murad Arifin “Oppalara” adlı mahnısını oxuyaraq gündəmə gələn türkiyəli ifaçı Ziynet Sali İstanbulun Beylikdüzü bölgəsində festivala qatılıb.
ÇıxışYolu.Com xəbər verir ki, festival çərçivəsində səhnədə çıxış edən müğənninin qəfildən halı pisləşib.
“Enerjinizdən başım fırlandı”, – deyə özünü ələ almağa çalışan Sali bunu bacara bilməyib.
Ayaq üstdə durmaqda çətinlik çəkən ifaçının ürəyi gedib.
Səhnədən kulisə aparılan Ziynet tibbi müdaxilədən sonra konsertində qaldığı yerdən davam edib.