Sülhməramlılar Azərbaycan ərazisini tam tərk edib - RƏSMİ

Sülhməramlılar Azərbaycan ərazisini tam tərk edib – RƏSMİ

Baxış sayı: 417 dəfə baxılıb.

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.