d8f5b4c3-5996-47cb-8242-69bee4017f39..jpg

Sülhməramlılara məxsus avtomobillər Xankəndi yolunda maneəsiz hərəkət ediblər – YENİLƏNİB + FOTO

Baxış sayı: 2. 202 dəfə baxılıb.

Sülhməramlılara məxsus avtomobillər Xankəndi yolunda maneəsiz hərəkət ediblər
– YENİLƏNİB + FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya
sülhməramlılarına məxsus ümumilikdə 26 avtomobil maneəsiz hərəkət edib.

19:16

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1
təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya
sülhməramlılarına məxsus ümumilikdə 25 avtomobil maneəsiz hərəkət edib.

17:52

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 9
təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, avtomobillər Laçından Xankəndi istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
məxsus ümumilikdə 24, BQXK-ya məxsus 10 avtomobil maneəsiz hərəkət edib.

15:25

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1
təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bundan başqa, Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK)
məxsus avtomobillər də növbəti dəfə maneəsiz hərəkət ediblər.

Belə ki, ümumilikdə 5 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib.

Beynəlxalq təşkilata məxsus avtomobillərdə erməni ailəsi və dərman
preparatları, uşaq qidaları var.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
məxsus ümumilikdə 15, BQXK-ya məxsus 10 avtomobil maneəsiz hərəkət edib.

11:13

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 13
təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir minik və 12 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
məxsus ümumilikdə 14 avtomobil maneəsiz hərəkət edib.

09:04

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK)
məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, ümumilikdə beş avtomobil Xankəndidən Laçın istiqamətinə keçid edib.
Beynəlxalq təşkilata məxsus avtomobillərdən ikisində bir neçə erməni ailəsi və
azyaşlı uşaq olub.

Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

08:36

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz
istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 32-ci
günüdür.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər
saatlarından başlayan aksiyanın artıq otuz ikinci gündür.

Şuşa şəhərinə qar yağmağına baxmayaraq, aksiya ötən gecə boyu da davam edib.

Etirazçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti
yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, onlar bu səhər də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa
ediblər.

Hazırda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki
tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis
dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Bu gün səhər saatlarında Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
məxsus daha 1 avtomobilini hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Belə ki, minik maşını Xankəndindən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya
iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib.
Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə
lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail
olunmayıb.

Source link