Sülhməramlıların taleyi necə olacaq? – VİDEO
Azərbaycan öz suverenliyini tam bərpa edəndən sonra rusiyalı sülhməramlıların
da müvəqqəti yerləşdikləri bəzi ərazilərdə bir neçə müşahidə məntəqələrini
bağladığının şahidi oluruq.
Son məlumatlarda isə kontingentin Qarabağı konkret tərk etmə tarixinin rəsmi
İrəvanla müzakirə ediləcəyi iddia olunub.
Lakin Ermənistan müdafiə nazirliyi sözügedən məlumatları təkzib edib və belə
bir görüşün planlaşdırılmadığını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov da sülhməramlılar məsələsinin İrəvanla müzakirə
edilmədiyini bildirib və bunu Qarabağın de-fakto və de-yure Azərbaycanın
ərazisi olması ilə əlaqələndirib. Ancaq 2020-ci ilin noyabrında birgə qəbul
edilən Üçtərəfli Bəyanatda tərəflərdən biri Ermənistan göstərilsə də, Moskvanın
bu açıqlaması İrəvanı tərəf olmaqdan uzaqlaşdırır, deməli, dolayısı ilə həm
Üçtərəfli Bəyanatın məlum bəndi qüvvədən düşür, həm də sülhməramlıların
Qarabağdakı missiyasının tezliklə başa çatacağı fikri konkretləşir.
Qeyd edək ki, razılaşmaya əsasən, Rusiya sülhməramlılarının Qarabağdakı
fəaliyyət müddəti 2025-ci ildə sona çatır. Üçtərəfli Bəyanatın 4-cü bəndinə
görə, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri qarşı çıxmazsa, müddət
avtomatik olaraq 5 il də uzadılır. Lakin mövcud vəziyyətin fonunda verilən
açıqlamalar onu göstərir ki, artıq tərəflərdən biri yoxdur və beləliklə,
bəyanat da əhəmiyyətini itirib.
Ətraflı Baku TV-nin süjetində: