Sulutəpədə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə
Kərimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə
qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən birində aralarında yaranmış
mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli
şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.