Bakıda keçirilən “Formula-2” yarışının sıralama turunda indoneziyalı Şon Qelaelin sürdüyü “Prema Racing” bolidində yanğın baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, marşallar dərhal trekə gələrək bolidin yanan hissəsini söndürüb.
Bundan sonra bütün bolidlər pit leynə qayıdıb.
Qeyd edək ki, Şon Qelael Mixael Şumaxerin oğlu Mik Şumaxerin komanda yoldaşıdır.
Səbuhi MUSAYEV