609b8757-1e77-43b5-9d77-b97380bf17c7..jpg

Sümbülə Əliyeva həbs edildi

Baxış sayı: 653 dəfə baxılıb.

Sümbülə Əliyeva həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq
Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, bir müddət əvvəl barəsində qiyabi həbs qərarı
çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S.Əliyevanın işinə Bakı
Ağır Cinayətlər Məhkəməsində baxılır. O, bir ilə yaxın məhkəmə proseslərinə
gəlməyib. Onun haqqında ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə
gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq
mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım
müttəhim haqqında qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən
icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə
Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə
minənədək dayandırılıb.

Source link