cc683b5e-3f4f-457c-b1c1-11b8b574e1ff..jpg

Sumqayıt-Bakı elektrik qatarının gecikmə səbəbi AÇIQLANDI – YENİLƏNİB + FOTO

Baxış sayı: 565 dəfə baxılıb.

Sumqayıt-Bakı elektrik qatarının gecikmə səbəbi AÇIQLANDI – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının
20 dəqiqə gecikməsi həqiqəti əks etdirmir.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin
Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib.

O bildirib ki, qatar cəmi 4 dəqiqə dayanmaqla hərəkətini davam etdirib:

“Qatarın dayanmasına səbəb rabitə və işarəvermə qurğularında yaranan bir neçə
dəqiqəlik nasazlıq olub. Belə ki, işıqfor 3-4 dəqiqə qırmızı işığı
göstərdiyindən qatar dayanmalı olub. Cəmi 4 dəqiqə sonra isə hərəkətini davam
etdirib”.

10:32

Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarı yolda qalıb.

Cixisyolu.com-ın məlumatına görə, söhbət Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət
edən qatardan gedir.

Hazırda qatarın Biləcəri yaxınlığında yolda dayandığı bildirilib. Qatarın
hansı səbəbdən dayandığı sərnişinlərə elan edilməyib. Nəticədə 20 dəqiqədən çox
gecikmə olub.

Könül Cəfərli

Source link