29b66621-4f8f-4dec-a3a5-aad8173dc23f..jpg

Sumqayıt çayına tullantı sularının axıdılmasına görə vəzifəli şəxs cərimələnib

Baxış sayı: 512 dəfə baxılıb.

Sumqayıt çayına tullantı sularının axıdılmasına görə vəzifəli şəxs cərimələnib

Sumqayıt çayına tullantı sularının axıdılmasına görə vəzifəli şəxs cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının
pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində
və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı atmosferə
atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına
təmizləyici qurğuların quraşdırılmaması, Sumqayıt çayına tullantı sularının
axıdılması, həmçinin məişət və istehsalat tullantılarının çayın kənarında
qalaqlanması faktları aşkar olunub.

Atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına
təmizləyici qurğuların quraşdırılmamasına görə Sumqayıt şəhəri ərazisində
yerləşən istirahət mərkəzlərindən birinin icarədarı barəsində İnzibati Xətalar
Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara
verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması), Sumqayıt
çayına tullantı sularının axıdılmasına, həmçinin məişət və istehsalat
tullantılarını çayın kənarında qalaqlanmasına görə isə bir vəzifəli şəxs
barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi
qaydalarının pozulması) və 271-ci (sənaye və məişət tullantılarının
qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl
edilməməsi) maddələri ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link