962da720-670d-4da0-b123-648960e04769..jpg

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olundu – ÖZƏL

Baxış sayı: 423 dəfə baxılıb.

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olundu – ÖZƏL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub.

Cixisyolu.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə
əsasən, bundan sonra teatrın direktoru vəzifəsini Samir Şəfiyev icra edəcək.

Qeyd edək ki, Samir Nizaməddin oğlu Şəfiyev 1981-ci il sentyabr ayının 7-də
Sumqayıt şəhərində doğulub. O, 2003-cü ildə Əlibəy Hüseynzadə adına Azərbaycan
Dövlət İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Bir çox
görkəmli sənətkarlardan, habelə mərhum teatr rejissoru, Azərbaycanın Xalq
artisti Azərpaşa Nemətovdan dərs alıb.

S.Şəfiyev 2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram
Teatrında rejissor assistenti, daha sonra rejissor vəzifələrində çalışmaqla,
bir neçə tamaşanın rejissoru və quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

2009-cu ildə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Sumqayıt
şəhər 4 saylı kluba müdir vəzifəsinə təyin olunub. 2012-ci ildən N.Nərimanov
adına Sumqayıt şəhər Mədəniyyət Evinin, 2015-ci ildən bu günədək isə
N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Sumqayıt şəhərində təşkil olunan bir sıra mədəni-kütləvi tədbirlərin ssenari
müəllifi və rejissoru kimi fəaliyyət göstərib.

Bir neçə il Rusiyada və Türkiyədə keçirilən beynəlxalq festivallarda iştirak
edib və müxtəlif diplomlara layiq görülüb. Çalışdığı illər ərzində səmərəli
fəaliyyətinə görə Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti
tərəfindən dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub.

Xatırladaq ki, S.Şəfiyev mərhum kinoaktyor, Əməkdar artist Səyavuş Şəfiyevin
və Əməkdar mədəniyyət işçisi, mərhum Gülçöhrə Şəfiyevanın nəslindəndir.

Ailəlidir, iki övladı var.

Source link