74b17502-d4c6-426f-9b72-2335ea9e807d..jpg

Sumqayıt Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib

Baxış sayı: 600 dəfə baxılıb.

Sumqayıt Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Dövlət Universitetinin (SDU) prorektoru Qafar Nəriman oğlu Atayev
vəzifəsindən azad olunub.

“Report”un yerli bürosu xəbər verir ki, o, öz ərizəsi əsasında vəzifədən azad
edilib.

Məlumata görə, Qafar Atayev ixtisasca mühəndis olduğu üçün o, bundan sonra
Mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Qafar Atayev 1960-cı ilin sentyabr ayının 3-də Salyan rayonunun
Yenikənd kəndində anadan olub. 2014-cü il yanvar ayının 16-da SDU-nun Qiyabi,
distant və əlavə təhsil üzrə prorektoru vəzifəsinə təyin edilib. 2019-cu il
iyun ayının 18-də SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin
olunub. 2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək
fizika-riyaziyyat elmləri namizədi adına, 2016-cı ildə isə dosent elmi adına
layiq görülüb.

30-dan çox elmi məqalənin, iki dərs vəsaitinin və üç tədris-metodik göstərişin
müəllifidir.

Source link