096c7166-45bc-488d-a048-cb332de57ca5..jpg

“Sumqayıt” I Liqa klubunu məğlub edərək 1/4 finala yüksəlib

Baxış sayı: 545 dəfə baxılıb.

“Sumqayıt” I Liqa klubunu məğlub edərək 1/4 finala yüksəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Cixisyolu.com xəbər verir ki, günün ikinci görüşü Sumqayıtda oynanılıb.

Şəhərin eyniadlı komandası I Liqada mübarizə aparan “Karvan”la üz-üzə gəlib.
Samir Abasovun kollektivi aşağı dəstə təmsilçisi ilə matçda sensasiyaya imkan
verməyib. “Gənclik şəhəri” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

Bununla 1/4 finala yüksələn “Sumqayıt”ın bu mərhələdəki rəqibi “Neftçi” –
“Qaradağ Lökbatan” cütünün qalibi olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları 2024-cü il yanvarın
30-31-də, cavab görüşləri isə fevralın altı və yeddisində keçiriləcək.

Source link