eef25552-b74a-419c-95d8-03457c7053b1..jpg

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayacaq yeni müəssisələrin vaxtı açıqlanıb

Baxış sayı: 418 dəfə baxılıb.

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlayacaq yeni müəssisələrin vaxtı
açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən gün Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş 2 müəssisə –
“Çinar-Servis” İKF və “Kartaş Kimya” müəssisələrin 2024-2025-ci illərdə
fəaliyyətə başlaması planlaşdırılır.

Cixisyolu.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İqtisadi
Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

O qeyd edib ki, müəssisələr tərəfindən Sumqayıt Kimya Sənaye Parkına
ümumilikdə 30 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox
daimi iş yerinin yaradılması nəzərdə tutulur.

E.Nuriyev deyib ki, Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının
həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik
statusu verilib:

“İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox
investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət
göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən
ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard
manatdan çox hissəsi – təqribən 34,7%-i ixracın payına düşür.

Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq
məhsul istehsal edilib ki, bunun da 674,4 (32,1%) milyon manatlıq hissəsi ixrac
edilib. Sumqayıt Kimya Sənaye Parkında hazırda 6 600-dən çox insan daimi işlə
təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq
394 milyon manatdan artıq investisiyanın yatırılması, 2 000-dən çox daimi iş
yerinin yaradılması nəzərdə tutulur”.

Nəzrin Vahid

Source link