İtaliyanın “Technip Energies S.p.A.” şirkəti ilə “Piroliz yağı istehsalı”
layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalanıb.
Cixisyolu.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR
prezidenti Rövşən Nəcəf İtaliyanın “Technip Energies” şirkətinin İdarə
Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə görüşüblər.
Görüşdə bərpaolunan enerji ehtiyatlarına malik olan ölkəmizin yaşıl artım və
davamlı inkişaf məkanına çevrilməsi məqsədilə xarici şirkətlərlə fəal
əməkdaşlıq edildiyi, mövcud potensialın reallaşdırılmasında beynəlxalq
təcrübənin və müasir texnologiyaların tətbiqinin önəmi qeyd olunub.
Azərbaycanda beynəlxalq tərəfdaşlarla yaşıl enerjinin istehsalı istiqamətində
həyata keçirilən layihələr barədə məlumat verilib.
Tərəflər aşağıkarbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq
perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində “SOCAR Downstream Management” MMC, “Azərbaycan İnvestisiya
Şirkəti” ASC və İtaliyanın “Technip Energies S.p.A.” şirkəti arasında “Plastik
tullantılardan piroliz yağının istehsalı” layihəsi (yaşıl layihə) üzrə birgə
müəssisənin təsis edilməsi və iştirakçılar haqqında müqavilə imzalanıb.
Ümumi dəyəri 97 milyon avro olan layihənin reallaşdırılması tullantıların
səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon
emissiyasının azaldılmasına stimul verəcək. Eyni zamanda, sənaye məhsullarının
müxtəlifliyini və dayanıqlığını artıraraq, ölkənin təbii ehtiyatlarından daha
səmərəli istifadəni təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində
inşa ediləcək zavodda ildə 36 000 ton plastikdən 23 000 ton piroliz yağı
istehsal ediləcək. Layihədə “AİŞ” 30%, “Technip Energies S.p.A.” 35%, “SOCAR”
35% iştirak paylarına sahibdir.
Tədbirdə “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsi barədə
təqdimat nümayiş olunub. Layihə üzrə tətbiq ediləcək piroliz yağı texnologiyası
plastik tullantıların yüksək temperaturda parçalanması yolu ilə təkrar emal
edilməsini təmin edir. Bu, tullantıların azaldılması və yanacaqlara alternativ
yanacaq istehsalı ilə karbon izini azaldır.
Qeyd edək ki, 60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan
“Technip Energies” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların
emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər
sahələrində fəaliyyət göstərir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (@AIC_OJSC
Management” MMC və İtaliyanın “@TechnipEnergies
arasında piroliz yağı istehsalı layihəsinin həyata keçirilməsinə dair birgə
müqavilə imzalanıb. Ümumi dəyəri 97 milyon avro olan bu yaşıl layihənin…
pic.twitter.com/6ImD2xLxgd
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 4, 2024