fa27844f-3602-426b-9b04-4d3ec6fbd3c9..jpg

Sumqayıt Kimya Sənaye Parkında yeni rezidentlər

Baxış sayı: 668 dəfə baxılıb.

Sumqayıt Kimya Sənaye Parkında yeni rezidentlər

Sumqayıt Kimya Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu
verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 35-ə çatıb.

İZİA-dan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye
Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və
ixracyönümlü yeni məhsul istehsalının təşkili, Sənaye Parkına investorların
cəlb olunması işləri davam etdirilir. Sənaye Parkında 3 sahibkarlıq subyektinə
rezidentlik statusu verilib ki, bununla da rezidentlərin sayı 35-ə çatıb.

Yeni rezidentlər – “Az-Kom Servis” MMC tullantı yağının təkrar emalı
nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və dizel
yanacağı, “Neo Project” MMC müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və
şəbəkə istehsalı, “Sakuraz Green Energy” MMC isə litium akkumulyatorlarının
bərpasını həyata keçirəcək müəssisə inşa edəcək.

Source link