830ac4df-a1d7-400a-bb8b-aee280b7cac9..jpg

“Sumqayıt” klubu rekorda imza atıb

Baxış sayı: 394 dəfə baxılıb.

“Sumqayıt” klubu rekorda imza atıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi”ni səfərdə 2:1 hesabı ilə
məğlub edən “Sumqayıt” yeni nailiyyətə imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, xallarının sayını 21-ə
çatdıran “gənclik şəhəri” təmsilçisi qış fasiləsinə qədər olan dövr üçün mütləq
rekorda imza atıb.

Klub heç vaxt fasiləyə kimi bu qədər xal toplamayıb.

Premyer Liqada 2011/12 mövsümündə debüt edən “Sumqayıt” qışadək 14, hətta 18
oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Buna qədər rekord 20 xala bərabər
idi. Komandanın hesabında 2012/13 mövsümündə 18, 2017/18 mövsümündə isə 14
matçdan sonra 20 xal olub.
Qeyd edək ki, qış fasiləsinə qədər olan 5 turda sumqayıtlılar bu rekordu
yeniləmək imkanına da malikdirlər.

Source link