d23af4bf-7220-4f68-9bae-9907c7915010..jpg

Sumqayıt küçələrindəki antisanitar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Baxış sayı: 428 dəfə baxılıb.

Sumqayıt küçələrindəki antisanitar vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB
+ VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində məişət tullantılarının yollara yayılması və antisanitar
vəziyyətin müşahidə edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb.

Bu barədə Cixisyolu.com-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında şəhərin 20 Yanvar küçəsində yol kənarına
qoyulan məişət tullantıları havanın küləkli olması səbəbindən əraziyə yayılıb:

“Qısa müddətdə Təmizlik Departamentinin işçiləri tərəfindən ərazidə təmizlik
işləri aparılıb. Hazırda ərazidə heç bir tullantı və xoşagəlməz mənzərə yoxdur”.

12:50

Sumqayıt şəhərində məişət tullantıları antisanitar vəziyyət yaradıb.

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Belə ki, şəhərin 20 Yanvar küçəsində zibil qalaqları həm ətrafa yayılıb, həm
də sakinlərin narahatlığına səbəb olub.

Görüntüləri olduğu kimi təqdim edirik:
Könül Cəfərli

Source link