“Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” “Neftçi”yə qarşı: XXXII turun daha üç
oyunu keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu
keçiriləcək.
Cixisyolu.com xəbər verir ki, ilk olaraq “Qəbələ” “Kəpəz”i qəbul edəcək.
Gəncə təmsilçisi 31 xalla 9-cu, “qırmızı qaralar” 17 xalla 10-cu pillədə
qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda
sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək.
Günün ikinci duelində avrokuboklara iddialı “Neftçi” “Turan Tovuz”u sınağa
çəkəcək. “Ağ-qaralar” hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.
Nəhayət, günün son qarşılaşmasında çempion “Qarabağ” “Sumqayıt”ın qonağı
olacaq. “Köhlən atlar”ın 73 xalı var. “Kimyaçılar” 47 xalla 4-cü sıradadır.
Azərbaycan Premyer Liqası
XXXII tur
28 aprel (bazar)
15:30. “Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu
17:45. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi Arena”
20:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.H. adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura aprelin 29-da “Zirə” – “Araz-Naxçıvan” görüşü ilə yekun
vurulacaq. Ötən gün “Sabah” “Səbail”i iki cavabsız qolla üstələyib.