Sumqayıt sakini avtomobilində qətlə yetirilib

Sumqayıt sakini avtomobilində qətlə yetirilib

Baxış sayı: 3. 043 dəfə baxılıb.

Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb. 

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi “Mercedes” markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com