f604e235-b1ff-4d7f-af38-24031814fd5c..jpg

Sumqayıtda ər arvadını bıçaqlayıb, özü də xəsarət alıb

Baxış sayı: 477 dəfə baxılıb.

Sumqayıtda ər arvadını bıçaqlayıb, özü də xəsarət alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin 14-cü məhəlləsində
qeydə alınıb. 36 yaşlı Mehman Əkbər oğlu Rüstəmov həyat yoldaşı, 43 yaşlı
Elmira Aydın qızı Məmmədovanı bıçaqlayıb. E.Məmmədova çoxsaylı bıçaq xəsarəti
ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

M.Rüstəmov da münaqişə zamanı xəsarət alıb, ona tibbi yardım göstərilib.

Fakt üzrə araşdırma aparılır.

Source link