Sumqayıtda ər arvadının qanını tökdü –	YENİLƏNİB

Sumqayıtda ər arvadının qanını tökdü – YENİLƏNİB

Baxış sayı: 2. 040 dəfə baxılıb.

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

ÇıxışYolu.Com “Report”-a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Məlumata əsasən, ər həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.

15:42

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com