0860131a-2752-4ebc-a667-11b9e3d60d5c..jpg

Sumqayıtda 30 manat borca görə qonşusunu öldürmək istəyən şəxsə AĞIR CƏZA

Baxış sayı: 514 dəfə baxılıb.

Sumqayıtda 30 manat borca görə qonşusunu öldürmək istəyən şəxsə AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə
təqsirləndirilən Elməddin Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında Sumqayıt şəhərinin 3-cü mikrorayon
ərazisindəki 13 nömrəli məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, 1983-cü il
təvəllüdlü Elməddin Əsədov münaqişə zəminində qonşusu Seymur Həsənova bıçaqla
xəsarət yetirib. Daha sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib və onun
həyatını xilas etmək mümkün olub. İttihama görə, hadisədən əvvəl Seymur
Elməddindən 30 manat borca pul alıb. Lakin o, aldığı pulu vaxtında qaytarmayıb.
Cinayət hadisəsi də elə bu səbəbdən baş verib.

Source link