Sumqayıtda 4 saylı Şəhər Xəstəxanası baxımsız vəziyyətdədir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıtda 4 saylı Şəhər Xəstəxanası baxımsız vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, mövcud vəziyyət
uzun müdətdir davam edir.
Xəstəxananın tabeliyində olan 2 saylı Ailə Sağlamlıq Mərkəzində də vəziyyət
eynidir. Hətta binanın eyvanlarının birində uçqunun olduğu bildirilir.
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 4 saylı Şəhər Xəstəxanasının
divarlarında iri çatlar əmələ gəlib. Pəncərələrin şüşələri sınıb, əvəzində
taxta parçalarından istifadə edilir.
Sumqayıt Tibb Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, problemdən
xəbərdardırlar:
“Tibb müəssisəsindəki çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması
prosesi həyata keçirilir”.
Mərkəzdən o da qeyd edilib ki, 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi və 4 nömrəli
Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin fəaliyyət göstərdiyi binada çökmə
hadisəsi qeydə alınmayıb:
“Bərpa işlərinin görülməsi məqsədilə eyvanlardan birinin döşəməsinin bir
hissəsi sökülüb”.
Ətraflı süjetdə: