75c241cb-f0c3-42ca-b08b-8c7966e6dd39.jpg

Sumqayıtda 53 yaşlı kişi bıçaqlandı: Polis hərəkətə keçdi

Baxış sayı: 34 dəfə baxılıb.

Oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il
təvəllüdlü Y.Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə
məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim
Əmiraslanlı Cixisyolu.com-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırma
aparılır.

“Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs(lər)in
saxlanılması istiqamətində tədbirlər görülür”, – deyə xidmət rəsmisi bildirib.

09:00

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən
bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link