9dadc401-8c1d-4023-a56a-37c6b72aa80a..jpg

Sumqayıtda avtobuslarda cibgirlik edən kameralara tuş gəldi – Oğurluq anının VİDEOSU

Baxış sayı: 390 dəfə baxılıb.

Sumqayıtda avtobuslarda cibgirlik edən kameralara tuş gəldi – Oğurluq anının
VİDEOSU
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən
həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin
avtobuslarında cibgirlik edən, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü
Binyat Binyatov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı onun avtobusda bir nəfər Sumqayıt şəhər sakini olan qadının
içərisində 1 500 manat, bank kartları və sənədləri olan çantasından oğurluq
etdiyi məlum olub.

Bildirilib ki, B.Binyatovun qanunsuz hərəkətləri avtobusda quraşdırılan
kameralar vasitəsi ilə də qeydə alınıb. Saxlanılan şəxsin başqa analoji
cinayətlər törətməsi istisna edilmir. Onun qanunsuz əməllərindən zərərçəkən
başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.


Source link