Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb.
“Report” məlumat verir ki, hadisə Bakı-Quba Yolunun 37-ci kilometrində, Hacı
Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada Oruc Məhəmməd oğlu Osmanovu avtomobil vurub.
Piyada aldığı xəsarələrdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.