Sumqayıtda azyaşlı uşağını öldürən ata DANIŞDI: “Psixoloji problemlərim var
idi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıtda dəniz sahilində qızı 1 yaşlı Zeynəb Yeşili suda boğaraq qəsdən
öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan hadisə ilə
bağlı danışıb.
O, Baku TV-yə hadisənin psixoloji səbəbdən baş verdiyini bildirib:
“O an psixoloji problemlərim var idi. Sıxıntılarım var idi, yola getmirdik”.
Qeyd edək ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq
adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib.
Həmçinin, atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş
dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.
Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.
Daha ətraflı süjetdə: