Sumqayıtda dəhşətli qətl: Qadını öldürməkdə şübhəli bilinən ailə üzvü
saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fevralın 3-də saat 10 radələrində Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü
Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil
olub.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanovun
yaşadığı Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən mənzildə
aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici
alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, Mübariz Qəhrəmanov polis
əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun
qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.