5be9f0dc-f250-48f4-be8f-46f21615fa7e..jpg

Sumqayıtda dəhşətli qəza: Polis əməkdaşı həlak olub, xəsarət alanlar var – YENİLƏNİB + FOTO

Baxış sayı: 358 dəfə baxılıb.

Sumqayıtda dəhşətli qəza: Polis əməkdaşı həlak olub, xəsarət alanlar var –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində
ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cixisyolu.com-a bildirilib ki,
KIA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il
təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.

Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

00:47

Sumqayıtda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş
verib.

“Report”un xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində
BMW və “Toyota” markalı avtomobillər toqquşublar.

Hadisə nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirirlir-red) ölüb, daha iki
nəfər – 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il
təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link