Sumqayıtda dəm qazından zəhərlənmə ilə bağlı şəhər prokurorluğunda araşdırma
aparılır – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5
üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt
şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Hadisə nəticəsində bir nəfər ölüb, ikisi azyaşlı olmaqla dörd nəfər isə
zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya
yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
19:25
Sumqayıtda dəm qazından ölən və zəhərlənən şəxslərin kimliyi məlum olub.
“Report” xəbər verir ki, ölən şəxs 1958-ci il təvəllüdlü Sabir Süleyman oğlu
Kazımovdur.
Dəm qazından zəhərlənənlər isə 1958-ci ildə Müxlisə Hacı qızı Kazımova,1999-cu
il təvəllüdlü İlahə Əmrah qızı Kazımova, 2020-ci il təvəllüdlü Aleyna Rahib
qızı Kazımova və 2022-ci il təvəllüdlü Anuro Rahib qızı Kazımovadır.
18:41
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin beş
üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Məlumata görə, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin
həkiməqədər ölümü qeydə alınıb.
İkisi böyük olmaqla – 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər
karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım
Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq
Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.
17:52
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
APA xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.
Onlardan birinin öldüyü bildirilir.